EVİNDƏN DÖYÜŞ SURSATLARI AŞKARLANDI

24-01-2020, 18:36           
EVİNDƏN DÖYÜŞ SURSATLARI AŞKARLANDI
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronlar, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru