“Ülvi Quliyev hər zaman yanımızda olub” - Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!

24-01-2020, 19:21           
“Ülvi Quliyev hər zaman yanımızda olub” - Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!
Yanvar ayının 24-də 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi ərazidə məskunlaşmış şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları ilə həmin dairədən deputatlığa namizədliyi qeydə alınan Quliyev Ülvi Zahid oğlunun görüşü keçirilib.
Teref.az xəbər verir ki, səmimi mühitdə keçən görüşdə şəhid anası Nəcibə Axundova, şəhid atası Nadir Babayev, müharibə veteranları Camal Əliyev, Xanlar Ağayev və digərləri əminliklə bildiriblər ki, son dörd ildə Ülvi Quliyev bir deputat, həm də səmimi bir insan kimi hər zaman onların yanında olub, etimadlarını və inamlarını gözlədikləri səviyyədə doğruldub.

Çıxış edənlər bu seçkidə də Ülvi Quliyevi dəstəklədiklərini və növbəti beş ildə yola məhz onunla davam etmək qətiyyətlərini bir daha ifadə ediblər.

Görüşdə iştirak edən insanlara təşəkkürünü bildirən Ülvi Quliyev xüsusi vurğulayıb ki, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına, onların qayğı və problemlərinə həssas münasibət hər bir azərbaycanlının mənəvi borcudur.

Bu görüş ötən illərdəki görüşlərin davamıdır və heç şübhəsiz ki, elə bu səbəbdən sadəcə seçkidən-seçkiyə deyil, hər zaman onların yanında olur. /Oxu.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru