Fəzail Ağamalının şəhid ailələri ilə görüşü

31-01-2020, 20:29           
Fəzail Ağamalının şəhid ailələri ilə görüşü
Teref.az- 60 saylı Salyan-Neftçala secki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaraçala qəsəbəsi ərazisində yerləşən ``Şəhidlər xiyabanı``nı ziyarət etdi.
Hər bir şəhid ayrı-ayrılıqda anıldı, məzarları üzərinə tər çiçəklər düzüldükdən sonra ruhlarına dualar oxundu.
Şəhid məzarlarının ziyarətindən sonra deputatlığa namizəd şəhid ailələri və kənd ağsaqqalları ilə görüşlər keçirdi.
Fəzail Ağamalı şəhid anaları Qubadova Tahirə, Mustafayeva Nübar, Xəlilova Humayı,İsayeva Arəstə, şəhid İslam Ağayevin həyat yoldaşı Ağayeva Şəhla, tanınmış kənd ağsaqqallarından İmanverdiyev Mansur və digərlərilə görüşmüşdür.
Görüşlərdə şəhid ailələri üzərində dövlət qayğısının üzərində dayanıldı, şəhid ailələrinin sosial problemlərinin həlli ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Fəzail Ağamalının şəhid ailələrinə ziyarəti yüksək qiymətləndirildi.
9 Fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə Fəzail Ağamalıya uğurlar arzuladılar.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru