Deputatlığa namizəd Fərid Şahbazlı daha beş kənddə seçicilərlə görüşüb-FOTOLAR

4-02-2020, 09:01           
Deputatlığa namizəd Fərid Şahbazlı daha beş kənddə seçicilərlə görüşüb-FOTOLAR
Teref.az yazır ki, 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı seçicilərlə görüşlərini davam etdirir. Namizəd növbəti görüşlərini rayonun Mastayıl, Livədirgə, Züvüç, Aran, Zenoni kəndlərində keçirib. Seçicilərlə həm kütləvi, həm də tək-tək görüşən namizəd onlarla kəndlərdəki mövcud problemləri müzakirə edib.

Seçicilər tərəfindən təhsil, səhiyyə, yol, su, sosial müavinətlər, bank xidmətləri ilə bağlı bir sıra ciddi problemlər qaldırılıb. Deputatlığa namizəd Fərid Şahbazlı qeyd edib ki, səslənən problemlər olduqca ciddidir və millət vəkili seçilərsə bu problemlərin həlli üçün mümkün olan bütün zəruri addımlar atılacaq.

Seçicilər eyni zamanda Azərbaycanda aparılan genişmiqyaslı islahatlardan söz açaraq, bu siyasətə dəstək nümayiş etdiriblər. Kənd sakinləri seçkilərdə gənc və fəal namizəd kimi Fərid Şahbazlını dəstəkləyəcəklərini bildiriblər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru