İsmayıllı Rayon İcra Hakimiyyətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
25-02-2020, 21:08
Teref.az - 25 fevral 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində Xocalıdan məcburi köçkün düşüb İsmayıllıda müvəqqəti məskunlaşmış soydaşlarımızın iştirakı ilə soyqırmı qurbanlarının xatirəsi anılıb.Şəhid Xocalının, Xocalıda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “keçmiş olsun” deyib və iştirakçılara başsağlığı verib.Şəhidlərə Allahdan rəhmət və Xocalı sakinlərinə səbr diləyib. Daha sonra qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətlənən ölkəmizin müsəlləh ordusunun gücü ilə torpaqlarımız işğaldan azad olunacaq. Birliyimiz, haqq-ədalət mövqeyində olmağımız Xocalını qaytaracaq.Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında ermənistanın baş naziri Paşniyanla debatda qazandığı siyasi,ideoloji, eyni zamanda, tarixi və müasir faktlara əsaslanan qələbə Böyük qələbənin əsasını qoyub.XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına görə tarixi düşmənlərimiz mütləq cavab verəcəklər.
Dövlətqaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev, Xocalıdan məcburi köçkün düşüb İsmayıllıda məskunlaşan Şahmar Həsənov, Lyudmira Haqverdiyeva gördükləri dəhşətlərdən danışıb və Azərbaycanın bu gününü yaşadıqları üçün dövlətə minnətdarlıq ediblər. Uştalda müvəqqəti məskunlaşmış Qərib Şirinov ona ev tikdirdiyi üçün Heydər Əliyev fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından təşəkkürünü bildirib.
Ağdam və Cəbrayıl rayon icra hakimiyyətlərinin nümayəndələri Zahid Namazov və Məzahir Şükürov dövlətimizdən, dövlət başçısından , İsmayıllı əhalisindən razılıq bildirən məzmunda çıxış ediblər.
Rayon ağsaqqallar şurasının sədri Valeh Salehov çıxış edərkən bildirib ki, tökülən qanlar bizi daha qətiyyətli mübarizəyə,siyasi-ideoloji, baş tutmazsa silahlı müharibəyə səsləyir. Biz yenə də işğal edilmiş torpaqların daimi istifadəçisi, müstəqilliyimiz kimi əbədi sakinləri olacağıq. Bu dərin inamı xalqda cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti yaradıb.
RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir Xocalı sakininə müraciət edib, sözü, təklifi, problemi olduğunu soruşub.Deyilənlərə uyğun müvafiq tapşırıqlar verib.
Dəvət olunanlara ərzaq yardımı göstərilib.