Milli Qəhrəmanımız xarici mətbuatda FOTO
4-03-2020, 17:19
www.sdjewishworld.com saytında Raul Loverinin müəllifi olduğu “Müsəlman ölkəsinin yəhudi Milli Qəhrəmanı” sərlövhəli məqalə dərc olunub. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğal olunduğu qeyd olunur. Müəllif bildirir ki, 26 il əvvəl əldə olunmuş atəşkəsə baxmayaraq, Azərbaycana səfəri çərçivəsində təmas xəttində olduqları zaman erməni hərbi birləşmələrinin aramsız atəşinə onlar da məruz qalıblar.
Azərbaycanın ilk tank komandiri olan Albert Aqarunovun 23 yaşı olarkən
1992-ci il mayın 7-də, Şuşa şəhəri uğrunda döyüşlərin son günündə erməni snayperindən atılan gülləyə tuş gəldiyini və ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyini qeyd edən müəllif həmçinin Şuşanın işğalından 3 ay əvvəl – 1992-ci ilin fevralında Erməni qəsbikarlarının Xocalı şəhərində törətdikləri dəhşətli qətliam barədə də məlumat verib.
Məqalədə əslən yəhudi olan Albert Aqarunovun cənubdan müsəlman ölkəsi İran, şimaldan Rusiyanın müsəlman bölgəsi ilə həmsərhəd olan, əhalisinin 95%-ni müsəlmanlar təşkil edən Azərbaycanın Milli Qəhrəmanı olduğu xüsusi ilə vurğulanır. Məqalədə həmçinin Azərbaycanda 30 mindən artıq yəhudinin yaşadığını və onların istifadəsində ümumilikdə 4 sineqoqun olduğu, yəhudi milliyyətinə mənsub şəxslərin ölkənin ictimai-siyası həyatında fəal iştirak etdiyi bildirilir.
Azərbaycanda müasir infrastrukturun qurulması, yeni dəmir yollarının çəkilməsi, Xəzər dənizində müasir dəniz limanının istifadəyə verilməsi də müəllifin diqqətindən yayınmayan əhəmiyyətli məqamlardandır. Azərbaycanın terrorla mübarizədə ABŞ-ın müttəfiqi olması isə xüsusi ilə vurğulanır.
Raul Loverinin müəllifi olduğu "Müsəlman ölkəsinin yəhudi milli qəhrəmanı" məqaləsində Albert Aqarunov və Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir
Məqalə ilə bu linkdə tanış olmaq olar
Teref.az
https://www.sdjewishworld.com/2020/02/29/a-jewish-national-hero-in-a-muslim-nation/