Fəzail Ağamalı: “Ölkə daxilində kifayət qədər şəbəkələşmiş təhlükəli qüvvə var”
5-03-2020, 21:32
“Nəhayət, Konstitusiya Məhkəməsi 9 Fevralda keçirilən parlament seçkilərinə möhürünü vurdu. Kifayət qədər gərgin, demokratik və şəffaf keçirilən seçkilər ölkə prezidentinin uğurla reallaşdırdığı islahatların ciddi mahiyyət kəsb edən tərkib hissəsi kimi tarixə düşdü. Dövlətimiz və millətimiz üçün düşərli olsun!”
Pravda.az-ın xəbərinə görə, bunu VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
“Seçkilərin gedişi, onun fəqli cəhətləri və özəllikləri haqqında ola bilsin ki, ayrıca yazılə çıxış etdim. Lakin müşahidə etdiyim vacib bir cəhəti deməyə bilmərəm. Bəlli oldu ki, uğurla həyata keçirilən və Azərbaycanımızı daha da yüksəklərə qaldıracaq yeniləşməyə mane olan ölkə daxilində kifayət qədər şəbəkələşmiş təhlükəli qüvvə var və bu qüvvə 5-ci kalonun aparıcı şəxsləridir. Onlar Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı dövlətimizin və dövlətçiliyimizə sadiq olan xalqımızın iradəsi və cənab prezidentimiz İlham Əliyevin qətiyyəti qarşısında məğlub oldular. Bu faktdır!
Bu məğlubiyyətdən anti-islahatçılar nəticə çıxaracaqlarmı?! Demək çətindir. Ölkəmizdə demokratik mühit, bütün namizədlər üçün bərabər imkanlar yaradan cənab prezidentimiz İlham Əliyevə səmimi minnətdarlığımı bildirirəm. Seçki kompaniyasında mənə sona qədər dəstək verən, yüksək siyasi mədəniyyət nümayiş etdirən 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə, əvvəldən sona qədər avantüraya böyük təmkin göstərən fədakar komanda üzvlərinə, bir-iki reket saytı istisna olmaqla, bütün KİV-də çalışan dəyərli jurnalist dostlarıma, haqqımda sosial şəbəkələrdə xoş sözlər yazan, haqqsız hücumlara cavab verən yurddaşlarıma, seçkilərin Azərbaycan qanunları çərçivəsində aparılmasında böyük peşəkarlıq göstərən MSK-a və onun bütün vəsilələrinə dərin təşəkkürümü bildirirəm.
Xalqımızın etimadını qazanan bütün həmkarlarıma uğurlar, məğlub olanlara isə can sağlığı diləyirəm!
Milli dövlətçiliyimizə və xalqımıza sədaqətlə xidmət göstərmək kimi müqəddəs yolumuz davam edəcək, daha inamla, daha qətiyyətlə. BU YOL MƏNİM TALEYİMDİR!” – F.Ağamalı qeyd edib.