Prezident Mirdamət Sadıqovu “Şöhrət” ordeni ilə təltif etdi: Ağsaqqal professor layıq olduğu qiyməti aldı...
9-03-2020, 15:32
Prezident İlham Əliyev Mirdaməd Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Teref.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Sadıqov 2013-cü il fevralın 14-dən 2020-ci il martın 5-dək İsmayıllı rayonunun icra başçısı olub. Teref.az yazır ki, İcra başçısından İcra başçısınada fərq var. Və o fərqi biz İsmayıllı rayonunun icra başçısının hörmətlə yola salınmasında, Prezidentin onun əməyinə verdiyi qiymətdə gördük.Əslində bu ordent bir çox ağzıgöyçəklərin ağzına vurulan bir şillə efekti yaratdı. Həqəqətəndə pr.Mirdamət Sadıqov 7 illik gərgin zəhməti ilə sübut etdi ki, bir məmur kimi hörmət və o, ordenə layiq ağsaqqal bir məmurdur.İsmayıllı yurdunun ağsaqqalı öz torpağının ağır günüdə gəldi, ona göstərilən etimadı yüksək səviyyədə doğrultdu, xalqdan sevgi və Prezidentdən orden alaraq qanunla haqq etdiyi istirahətinə getdi!~ Teref.az