Ayrılıqlar gəlir, dostlar gedir Borçalı oğlu Rüstəm də getdi

16-03-2020, 01:18           
Ayrılıqlar gəlir, dostlar gedir  Borçalı oğlu Rüstəm də getdi
Doğulan gündən bir parası Təbrizdə, bir parası Dərbənddə, İrəvanda, Borçalıda param-parça olan ürəyim on gündür dost itkisindən qan ağlayır. 45 ilin tələbəlik, gənclik yoldaşım Borçalı balası Rüstəmi o dünyadakı evinə yola salmağa da gedə bilmədim. Tiflisə işləyən avtobus sürücüləri öskürəkdən boğulmağımın “Sınıq Körpü” sınırında karantinə salınacağımla sonuclanacağını bildirib dost ikisindən sınıq ürəyimi Borçalıya -Marneuli rayonunun İlməzli kəndinə apardılar , özüm Bakıda qaldım. Onda 15 ay qabaq dünyasını dəyişən Mamed dostumuzun itkisinin necə ağır olduğunu bir daha anladım. Mamed olsaydı, biz mütləq son anda da dost tabutunun başında olacaqdıq ...
...45 il öncənin May şənliklərində Rüstəm biz tələbə yoldaşlarını Əlini, Telmanı və məni özü ilə İlməzliyə qonaq aparmışdı. Hələ də o günlər yaddaşımdan çıxmır. Hələ də Xırdalanlı balası Telmanın Tiflisdəki “BAKI” yazılan yol nişanını əlinin içi ilə tumarlayıb “Can Bakı” sevgisi ilə öpüb- oxşaması gözlərim önündən getmir! Doğrudan da Vətən sevgisindən böyük sevgi yoxdur ! Vətənin adı yazılan bir daş-dəmir parçasını Vətənin özü kimi qucaqlayıb öpməyin sevgidən, eşqdən başqa nə adı ola bilər? O günlər elə bil nağıl idi , bitdi, göydən üç alma da düşmədi. Göylər dostları yanına çəkdi, bizə ayrılıqları, ölümləri göndərdi. ..
...Ürəyim qan ağlayır. Dost itirən çağımızdırmı? Harda olsa, hər ilin aprelin 22-də səslərimiz toqquşurdu . Bu ildən səsini eşitmək sevincimizə də son qoyuldu. Aprelin 22-də 65 yaşı olacaqdı. ..
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.