OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI

16-03-2020, 17:17           
OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cari ilin mart ayının 9-da rayonda yerşələn evlərin birindən 3500 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən rayonun Yenikənd kənd sakini Ə.Fərzəliyev saxlanılıb.
Dindirilmə zamanı Ə.Fərzəliyev torətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, Ə.Fərzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru