Balakəndə mağaza sahibinə qarşı quldurluq edən əmioğlular saxlanılıb

21-03-2020, 14:37           
Balakəndə mağaza sahibinə qarşı quldurluq edən əmioğlular saxlanılıb
Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər.
Hər iki şəxs barəsində Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru