Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirilib

22-03-2020, 21:53           
Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirilib
Teref.az:Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib. Mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.
Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər və əhali arasında maarifləndirmə işləri aparılır.

Yevlax Şəhər İcra Hakimiyyəti

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru