Qaradağda operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı

25-03-2020, 18:56           
Qaradağda operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı
Teref.az- 24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilmişdir.
Müşavirə zamanı qeyd edilmişdir ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri  aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilmişdir ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri  qeyri-qənaətbəxş hesab olunmuşdur.
Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilmiş, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilmişdir.
Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunmuş, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilmişdir. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmiş və ciddi şəkildə bildirilmişdir ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.


Qaradağ Rayon Icra Hakimiyyəti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.