Nəsimi rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

31-03-2020, 15:55           
Nəsimi rayonunda dezinfeksiya tədbirləri davam etdirilir
Teref.az- Dünyanın əksər ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.

Teref.az xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə məhəllə və küçələrdə, istirahət yerlərində təbligat işlərinin aparılması üçün rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq barədə tövsiyələr edilir,

Bundan əlavə, rayon ərazisindəki istirahət parklarına giriş məhdudlaşdırılıb, rayon ərazisində gündəlik olaraq aparılan dezinfeksiya işləri davam etdirilir.

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin siyahısı dəqiqləşdirilmiş, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilmişdir. Həmin kateqoriyadan olan 50 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.