Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib

31-03-2020, 20:49           
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan, eləcə də maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara baş çəkib.
65 yaşdan yuxarı şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Polis Şöbəsinin əməkdaşları 20-dən çox belə ailəyə baş çəkib və onlara köməklik göstərib. Yaşlı insanlar tərəfindən də bu aksiya böyük sevinclə qarşılanıb, göstərdikləri diqqətə görə, polislərə minnətdarlıqlarını bildiriblər. Həmçinin polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin vacib olduğu onların diqqətinə çatdırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru