Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular - FOTO

2-04-2020, 10:09           
Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular - FOTO
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları qonağı olduqları evlərdə yaşlı rayon sakinləri ilə səmimi söhbətlər apararaq, onları maraqladıran sualları cavablandırıblar. Hər bir ailəyə ərzaq yardımı edən polislər, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan qətiyyətli tədbirlər barəsində məlumat verilər.

Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru