Qubada karantin qaydalarını pozanlar cərimələnib

2-04-2020, 10:12           
Qubada karantin qaydalarını pozanlar cərimələnib
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundanTeref.az-a verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər. Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.

Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdaqlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün gündüz və gücə vaxtlarında elan edilmiş bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər barəsində RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru