DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

3-04-2020, 17:15           
DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Teref.az– ın məlumatına görə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun “Report”a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: “Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur.

E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: “Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru