İsmayıllıda yandırılaraq qətlə yetirilən şəxsin kimliyi araşdırılır

7-04-2020, 16:44           
İsmayıllıda yandırılaraq qətlə yetirilən şəxsin kimliyi araşdırılır
İsmayıllı rayonunda yandırılaraq qətlə yetirilən kişinin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində, yol kənarındakı kol-koslu sahədə tanınmaz halda olan kişi meyiti aşkar edilib. Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, üstü isə mavi rəngli olan parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Onun başqa ərazidə qətlə yetirildikdən sonra yandırıldığı və həmin kol-koslu sahəyə gətirilərək atıldığı ehtimal olunur. Yaşı təxminən 30-40 arası və qan qrupu 3+ olan kişinin bədəni tamamilə yandığı üçün onun şəxsiyyəti istintaqa məlum olmayıb. Yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin, İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru