Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

8-04-2020, 14:41           
Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir
Teref.az - Koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin
daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında
Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına
uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.
Teref.az yazır kI?Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt
rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, aidiyyəti qurumların
əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında
gündəlik olaqraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi
kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılır.
Gündə 2 dəfə Departamentin balansında olan 11400-dən cox yaşayış
binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən
marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları
və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında,
həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Dezinfeksiya və
maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılır.
Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox kooperativ
binaların və yaşayış komplekslərində də aparılması təmin edilir.
Ərazidəki tibbi-profilaktiki işlərlə yanaşı Bakı Şəhər Ticarət və Xidmət
Departamenti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları
tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya
qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış
yaşıllıq guşələrinə qulluq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş gül
dibçəklərindəki güllər sulanır.
Paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda
yaradılan Operativ Qərargahların üzvləri, könüllülər və hüquq-mühafizə
orqanları əməkdaşları ərazidə mütəmadi reydlər keçirərək vətəndaşları
ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə
elektron icazə alınması qaydasında çıxa biləcəkləri barədə məlumatlandırır,
Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin
icrası ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.
Həmçinin RİH-ləri, bələdiyyələr, könüllülər tərəfindən yaşı 65-dən
yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq
yardımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların
göstərilməsi gündəlik davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.