Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb

9-04-2020, 09:52           
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı E.Cavadzadədən 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru