Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib

9-04-2020, 13:05           
Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.AZ-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Zaqatala şəhər sakini Vüqar Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd kibrit qutusunda 7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

V.Çobanovun idarə etditi “VAZ-2109” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən 1 ədəd sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru