Ekologiya postunun rəisi bayram xərcini çıxardır İDDİA

6-01-2016, 16:05           
Ekologiya postunun rəisi bayram xərcini çıxardır İDDİA
Ekologiya Postunun rəisi Bakıdakı obyektini təmir etmək üçün sürücülərin cibinə girir. Xırdalan yolunun üzərində yerləşən və Şimal istiqamətində hərəkət edən hər kəsin tanıdığı Ekologiya Postunun rəisi Fuad Mayılovun işçiləri bayram ərəfəsində sürücüləri saxlayaraq, onlardan pul yığıblar. teref.az xəbər verir ki, bu məlumatı Azad.Media saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Mayılovun işçilərinin belə bir addım atmasının səbəbi olub. Bu zaman, həm yeni il «şirinliyi» istənilib, həm də DYP Postunun rəisinin şəxsi obyekti üçün zəruri olan maliyyə toplanıb. Sayt yazır ki, postun rəisinin Bakıda bir neçə obyekti var və onlardan biri də hamamdır. Müasir tipli həmin hamamın müştəriləri də elə imkanlı adamlardır. Çünki orada qiymətlər heç də ucuz deyil. «Fuad Mayılovun nəzarətində olan hamamda giriş pulu 50 manatdan başlayır. Həmin pula çay dəstgahı və hamam dəsti daxildir. Digər xidmətlər üçün isə əlavə pul ödənilməlidir».

“Digər xidmətlər» dedikdə isə burada massaj nəzərdə tutulur. Sayt yazır ki, DYP Postunun rəisinin hamamında massaj xidməti də göstərilir. Azad.Media bildirir ki, Fuad Mayılovun qazanc yerlərindən biri olan hamamın bəzi dekorativ dəyişikliyə ehtiyacı var. Həmin dəyişiklikləri etmək üçün bir qədər maliyyə lazımdır. Qeyd olunan pulu isə postdan keçən sürücüləri saxlamaqla çıxarmağa çalışırlar. Yazıda gedən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
TEREF,İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.