DİN-dən məlumatımıza çevik reaksiya:"Şikayətçinin müraciəti əsasında RPŞ-nin Təhqiqat qrupunda müvafiq prosessual araşdırmalar davam etdirilir."

16-06-2020, 13:03           
DİN-dən məlumatımıza çevik reaksiya:"Şikayətçinin müraciəti əsasında RPŞ-nin Təhqiqat qrupunda müvafiq prosessual araşdırmalar davam etdirilir."
Daşkəsən rayonu, Quytul kəndində yaşayan Azər Ağayev “tərəf.az” saytına verdiyi müsahibədə vəzifəli şəxslər, məmurlar tərəfindən döyüldüyünü bildirmişdir.

Bildiirik ki, A.Ağayev iyunun 10-da DİN-in 102 xidməti zəng mərkəzinə müraciəti ilə əlaqədar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə getmiş, müvafiq araşdırmalar aparılmışdır. Lakin Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı onu döyən şəxslərin dövlət qurumlarında işləmədikləri, vəzifəli şəxs olmadıqları, fərdi təsərrüfatla məşğul olan öz həmkəndliləri və yaxın qohumları olduqları müəyyən edilmişdir. Kənd bələdiyyəsindən alınan məlumata görə münaqişə baş verən ərazi rayonun Zəylik kənd bələdiyyəsinə aid torpaqlardır və həmin ərazi örüş otlaq sahəsi kimi istifadə edilməsi məqsədi ilə kənd sakinlərinin ümumi istifadəsinə verilmişdir.

Hazırda şikayətçinin müraciəti əsasında RPŞ-nin Təhqiqat qrupunda müvafiq prosessual araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.