Balakəndə narkotik becərən şəxslər tutulub

16-06-2020, 13:22           
Balakəndə narkotik becərən şəxslər tutulub
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və saxlamasında şübhəli bilinən Ş.Şeyxov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan 1391 ədəd çətənə bitkisi və qurutmaq üçün sərdiyi 1,5 kq qurudulmamış marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı Ş.Şeyxovun həmin narkotik vasitəni X.Novruzovla birlikdə əkib-becərdiyi məlum olub. X.Novruzov da şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru