DİN-dən Bakıdakı yeni oğurluq növünə reaksiya - "Belə bir şey varsa"...

11-01-2016, 12:49           
DİN-dən Bakıdakı yeni oğurluq növünə reaksiya - "Belə bir şey varsa"...
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) son günlər Bakıda qapıdöymə və digər üsullarla mənzillərə girilməsi halı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq bildirib ki, mənzil oğurluqları ola bilər, amma sosial şəbəkələrdə yayılan məlumatlarda olduğu formada oğurluğun olması faktı qeydə alınmayıb: "Yəni belə bir şey varsa, vətəndaş şikayət etməlidir. Ümumiyyətlə, vətəndaş qapıdöymə və ya hər hansı üsulla evə girmə bəhanəsi ilə kimdənsə şübhələnirsə, dərhal Daxil İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng vurmalıdır".

E.Zahidov Gürcüstandan Azərbaycana bəzi şəxslərin oğurluq məqsədilə gəlməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Bu məlumatlar yalandır. Əslində, bu məsələni şişirdirlər. Elə bir şey yoxdur. Belə informasiyalar qeyri-ciddidir".

Qeyd edək ki, adının çəkilməsini istəməyən paytaxt sakinlərindən biri Axar.az-a açıqlamasında tanımadığı bir gəncin əlində gül dəstəsi ilə blokdan zəng edərək, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş etdiyini, ona adının çəkilməsini istəməyən şəxsin gül buketi göndərdiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.