Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci ilin yekunlarını müzakirə etmişdir

14-01-2016, 22:47           

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 54 nömrəli tam orta məktəbdə keçirilən, 2015-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirmşdir ki, hesabat dövründə SİƏD-in ərazisində yerləşən Abdulvahab Salamzadə, Pişəvari, Ceyhun Səlimov, Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon dairəsindən Rəşid Məmmədov küçəsinədək, Hüseyn Seyidzadə küçəsindən Əliisgəndər İsgəndərov küçəsinədək, Tbilisi prospektində Pişəvari küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi daxil olmaqla, həmçinin 3-cü mikrorayon dairəsində bütovlükdə əsaslı təmir işləri aparılmış və yeni asfalt örtüyü salınmış, səki daşları, köhnə bardürlər, işıq dirəkləri yeniləri ilə əvəz olunmuşdur.
Noyabr ayında İDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar, Cavadxan, Hüseyn Seyidzadə, Abdulvahab Salamzadə, Asif Məhərrəmov və 20 Yanvar küçələrində iməcilik keçirərək ağaclar, gül kolları əkilmişdir. Abadlaşdırılan küçələrdə qazon örtükləri yeniləri ilə əvəz olunmuşdur.
Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunmuşdur. Parkın ətrafında yerləşən 22 binanın fasadı təmir olunmuş, ətrafında abadlıq işləri aparılmışdır. Binaların 126 eyvanı əsaslı yenidən qurulmuş, 74 eyvan isə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir. Binaların pəncərələri, giriş qapıları yenisi ilə əvəz olunmuş, yağış sularının axıtma sistemi (navalçalar, borular) yenisi ilə əvəz olunaraq, binanın yan fasad hissələri nəmişliyin qarşısının alınması məqsədilə yağış sularından qorunan İtaliya istehsalı olan betopan üzlükdən üzlənmişdir. Ümumilikdə 70.000 kv.m-dən çox fasad sahəsi rənglənmişdir. Bu ərazidə 4 park yenidən əsaslı təmir olunmuşdur. Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənmiş, yaşıllıq zonası salınmışdır. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilmişdir. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənmişdir. Parkda fəvvarələr quraşdırılmış, yeni yaşıl örtüklü 33x16,5m ölçüdə stadion salınmışdır. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılmışdır. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınmışdır. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənmişdir. 10000 kv.m sahəyə asfalt döşənmişdir. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilmişdir.
Mir Cəlal küçəsində yerləşən bu park 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə sakinlərin istifadəsinə verilmişdir.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2015-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2016–cı il tarixdə Nazirlər Kabinetinin 2015–ci ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Nəsimi rayon sakini, Qarabağ müharibəsində gözlərini itirmiş, əlil Əlişir Mirzəyev çıxış edərək 24 dekabr 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən 3 otaqlı mənzillə təmin olunduğunu bildirərək, ölkə rəhbərliyinin Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daima göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirmişdir.
Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təhsilə və uşaqlara olan diqqət və qayğısından danışaraq, liseyin 2015-ci il ildə dövlət proqramına əsasən təmir olunduğunu və Prezident İlham Əliyevin açılış mərasimində iştirakının liseyin fəaliyyət tarixində ən əlamətdar və unudulmaz hadisə olduğunu diqqətə çatdırmışdır.
Yığıncaqda rayon sakinlərindən Təzəgül Camalova, ağsaqqal, əməkdar mədəniyyət işçisi Azər Hüseynov, Qarabağ müharibəsi əlili Azər Quliyev və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirmişlər.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.