Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir

5-10-2020, 12:24           
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
Nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.