“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb

8-10-2020, 16:19           
“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb
Teref.az - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Astara şəhərində mərkəzi bazarın girişində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.
“Xidmətin əməkdaşlarının nəzarəti altında Astara Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və zibil konteynerləri yerləşdirilib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Astara rayon MKTTİB MMC-yə məcburi göstəriş verilib”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru