Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb

28-11-2020, 11:42           
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVİD-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilib və və dərhal yaşadığı ünvana geri qaytarılıb.

N.Babaşov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru