Qobustanda karantin qaydalarını pozan kafe aşkar edilib

24-12-2020, 14:25           
Qobustanda karantin qaydalarını pozan kafe aşkar edilib
Qobustan rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub. Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.