Yanvarın 17-də gözlənilən hava şəraiti

16-01-2021, 18:31           
Yanvarın 17-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 17-də Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək,
nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.



Yanvarın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Yanvarın 17-də gündüz Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Havanın kəskin dəyişəcəyi barədə

İlkin xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək
hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu
ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı,
21-22-də isə gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.


Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd: Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.