Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.

24-01-2021, 16:44           
Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.
N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üşün məhkəməyə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru