Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib

24-02-2021, 17:09           
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib
Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi qaydalarını pozduğu üçün Polis Şöbəsinə gətirilib.

Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bir müddət əvvəl də polis əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı həmin idman zalının qaydaları pozaraq işlədiyi müəyyən olunub və N.İsmayılova ciddi xəbərdarlıq edilməklə barəsində cərimə protokolu tərtib edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru