Zərdabın icra başçısı 94 yaşlı veterana rəsmən sayğısızlıq etdi

1-05-2015, 16:22           
Zərdabın icra başçısı 94 yaşlı veterana rəsmən sayğısızlıq etdi
Zərdabda bibaırçı olay baş verib. Vertikal.az-a rayondan verilən xəbərdə bildirilir ki, 1941-45-ci illər savaşının iştirakçılarından olan Böyük Vətən müharibəsində göstərdiyi əsgəri şücaət və rəşadətə görə Şöhrət Ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş 16 nəfər azərbaycanlı döyüşçüdən həyatdan olan yeganə nümayəndəsi Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayan Muradalı Şavaqat oğlu Heydərov icra başçısı tərəfindən hörmətsi münasibətə layiq görülüb.

Rayon sakinləri bildirir ki, Muradalı Heydərov 9 May ərəfəsi Zərdab RİH tərəfindən təşkil olunan tədbirdə iştiraka dəvət olunsa da, səhhətindəki problemlər səbəbindən imtina qərarı verib: “Amma buna baxmayaraq icra başçısı Lütvəli Babayevin adından veterana israrka bildiriblər ki, tədbirdə iştirak etməlidir. Hətta veteranın yaxınlarına da deyilib ki, Başçı ilə əlavə problem yaşamaq istəmirlərsə, ağsaqqal tədbirə gəlməlidir”.

Rayon sakinləri deyir ki, bundan sonra 94 yaşlı Muradalı Heydərov tədbirə qatılıb. Özünü nasaz hiss etdiyindən tədbiri tez də tərk etmək zorunda qalan veteranın səhhətinin hazırda ağır olduğu deyilir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.