İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

10-04-2021, 11:39           
İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan teref.az-a verilən məlumata görə, rayonun Təzəkənd kənd sakini Mərdan Məhərrəmov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

M.Məhərrəmov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.