Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər

13-05-2021, 09:37           
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, şəhid ailələri və qazilərlə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların hünərinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Aztəminatlı ailələrin də evində qonaq olan polislər onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə şəhər ərazisində 30 ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib.
Zaqatala Rayon Polis Şöbəsinin də əməkdaşları bayram münasibətilə şəhidlərimizin və aztəminatlı vətəndaşlarımızın evlərində qonaq olublar. Görüşlər zamanı onların qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb. Ailələrə bayram sovqatları təqdim olunub.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.