İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb - FOTO

14-05-2021, 11:56           
 İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb - FOTO
Mayın 4-də İsmayıllı rayon sakini,evli,1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Arzu Ağazadənin əlamətləri – boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.