İmişlidə ünvanlı sosial yardım biabırçılığı

3-03-2016, 10:07           
İmişlidə ünvanlı sosial yardım biabırçılığı
Nofəl Atakişiyevin inspektor Taryel Rüstəmovun əliylə 800-1000 manat almadan kimsənin sənədinə imza atmadığı deyilir

İmişli rayonunda ən çox şikayət edilən dövlət qurumu Sosial Müdafiə Mərkəzidir. Redaksiyamıza müraciət edən rayon sakinlərinin bildirdiyinə görə, əvvəllər rahatlıqla bu qurumun imkanlarından yararlana bilirdilərsə, indi bu məsələ mümkünsüz bir şeyə çevrilib. Səbəb isə kasıbın pulunun olmaması göstərilir.

Onların bildirdiyinə görə, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra İmişli Sosial Müdafiə Mərkəzinin rəhbərini dəyişdirərək, onun yerinə Nofəl Atakişiyevi direktor təyin edib. Lakin Atakişiyev işin başına keçəndən sonra bu qurumda özbaşınalıq pik həddə çatıb. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, İmişli rayon İcra Hakimiyyətində keçirilən qəbullarda ən çox SMM-in fəaliyyətindən şikayət edirlər.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Nofət Atakişiyev işini etibarlı tutmaq üçün pul məsələlərini inspektor Taryel Rüstəmova həvalə edib. Onların sözlərinə görə, Rüstəmovun icazəsi olmadan bir nəfər ünvanlı sosial yardım ala bilməz. Lakin bu icazəni almağın özü də ayrıca bir müsibətdir. Ona görə ki, iki il müddətinə ünvanlı sosial yardım almaq üçün bu şəxslərə 800-1000 manat civarında pul verməlisən ki, sənədlər keçirilsin.

Camaat bildirir ki, dəfələrlə nazir Səlim Müslümova müraciət etsələr də, heç bir xeyri olmayıb.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru