Ağdaşda 50 toy mərasimində karantin qaydaları pozulub

2-08-2021, 10:58           
Ağdaşda 50 toy mərasimində karantin qaydaları pozulub
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinə riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ötən ay şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən 50 toy mərasimində qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan teref.az-a verilən məlumata görə, rayonun bir neçə kəndində yerləşən 45 ünvanda keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb ki, həmin toy sahibləri barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi protokol tərtib olunaraq cərimələniblər.

5 şadlıq sarayında təşkil edilən toy mərasimlərində isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, dəvət edilən qonaqların COVID pasportu olmaması, eləcə də 150 nəfərdən artıq olması aşkarlanıb. Həmin obyekt sahibləri barəsində də qanunavericiliyə uyğun müvafiq tədbir görülüb.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.