Qarşıdakı günlərdə gözlənilən hava şəraiti

15-09-2021, 23:27           
Qarşıdakı günlərdə gözlənilən hava şəraiti
Gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

16-sı axşam, 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru