Peyvəndin üçüncü dozası risk qrupuna aid insanlara daha vacibdir

15-10-2021, 16:09           
Peyvəndin üçüncü dozası risk qrupuna aid insanlara daha vacibdir
Bu il yanvarın 18-dən etibarən Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə başladılan vaksinasiya prosesi mərhələli şəkildə həyata keçirilir. Əvvəlcə tibb işçiləri, 65 yaşdan yuxarı insanlar, sonra 50 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparıldı. Buna səbəb risk qrupları arasında ağırlaşma və ölüm hallarının azaldılması idi.
Araşdırmalara görə, peyvənddən 6-8 ay sonra immunitetin zəifləməsi qeydə alınır. Ona görə də bir sıra dünya ölkələri risk qrupunda olan vətəndaşların təkrar vaksinasiyasını irəli sürürlər ki, onlarda əmələ gələn immunitet daha da güclənsin. Tədqiqatlara əsasən, üçüncü doza immuniteti 5-10 dəfə gücləndirir. Səhiyyə Nazirliyi də hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü doza ilə peyvəndlənməyə çağırır.
Payız-qış mövsümü respirator xəstəliklərin, o cümlədən COVID-19-un yayılması üçün əlverişli dövrdür. Hazırda hakim mövqe tutan “delta” ştamı mövcud vaksinlərdən yayınma qabiliyyətinə malikdir. Ona görə də risk qruplarının orqanizmlərini bir qədər gücləndirmələri tələb olunur. Üçüncü doza isə həmin kateqoriyadan olanların daha etibarlı qorunmasına kömək edəcək.
Son günlər koronavirusa yoluxma rəqəmlərində dalğalanma qeydə alınır. Kifayət qədər yumşalma tədbirlərinin tətbiqi, havaların soyuması, qapalı məkanlarda kütləvi toplanma və təmas hallarının artımı bir qədər enən yoluxma faktlarının yenidən 1000-i keçməsinə səbəb olub. Burada əsas amillərdən biri kimi “Delta” ştamının daha çox yoluxucu olduğunu da unutmamalıyıq. Lakin yoluxmaqdan qorunmaq üçün pandemiyanın əvvəlindən dönə-dönə təkrarlanan qızıl qaydalara əməl etmək və vaksinasiyada aktiv iştirak etmək vacibdir. Ölkəmizdə peyvəndləmə prosesi sürətlə aparılsa da, hələ də tələb olunan həddə çatmamışıq. Azərbaycanda vaksinasiyadan keçməyən və hətta xəstəliyi keçirməyənlərin sayı kifayət qədərdir. Buna görə də rəqəmlərdə dalğalanmaların olması gözləniləndir. Lakin yoluxma hallarında az da olsa, artımın müşahidə edilməsi narahatlıq doğurur.
Buna görə də əhalinin, xüsusi ilə də risk qrupuna aid olanların 3-cü doza vaksin vurdurması vacibdir.


Nəzakət Babayeva - 33 nömrəli Şəhər poliklinikasının
baş həkim müavini, əməkdar həkimшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.