Azyaşlıya qarşı soyğunçuluq edən Astara sakini saxlanılıb

21-10-2021, 11:56           
Azyaşlıya qarşı soyğunçuluq edən Astara sakini saxlanılıb
Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.