Azadlığa qovuşmuş Zəngilan
22-10-2021, 17:07
2020-ci il oktyabrın 20-i Azərbaycan xalqının tarixinə növbəti qələbə günü, qədim Azərbaycan torpağı olan Zəngilanın işğaldan azad olduğu gün kimi yazıldı. 44 günlük “Vətən müharibəsi”nin 24-cü günü Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına növbəti qələbə xəbərini çatdırdı. Azərbaycan ordusu, qəhrəman oğullarımız, qətiyyəti, zəkası, ağıllı və düşününlmüş siyasəti ilə bütün dünyanı heyran qoyan Ali Baş Komandanımız və ordusuna, rəhbərinə güvənib onların ətrafında sıx birləşən, bir yumruq olan xalqımız addım-addım qələbəyə birgə addımladı. İran İslam Respublikası və işğalçı Ermənistan Respublikası ilə sərhəddə yerləşən, strateji cəhətdən böyuk əhəmiyyət kəsb edən Zəngilanın işğaldan azad edilməsi düməndə məğlubiyyətinə,bizdə isə qələbəmizə olan inamı artırdı. Azərbaycan xalqına, Azərbaycan ordusuna döyüş meydanında uduzan Ermənistan siyasət meydanında da məğlubiyyətini 10 noyabr 2020- ci ildə kapitulyasiya aktına imza atmaqla təsdiqləmiş oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyev keçən bir il ərzində işğaldan azad olunmuş rayonlarımıza, o cümlədən Zəngilana dəfələrlə səfər edib. 23 dekabr 2020–ci ildə Zəngilana olan ilk səfəri çərçivəsində əsgər və zabitlərimizlə görüşü zamanı düşmənin torpaqlarımızda törətdiyi vəhşiliklərə, ekoloji terrora, vurduğu maddi və mənəvi ziyana görə beynəlxalq məhkəmələr qarşısında cavab verib, təzminat ödəməli olacağını söyləyən Prezident qısa müddət ərzində bütün azad olunmuş rayonlarımız kimi Zəngilanında tamamilə yenidən qurulacağını, zəngilanlıların tezliklə öz yurd yerlərinə qayıdacağını Zəngilanda yenidən həyatın qaynayacağını vurğulamışdı.
“Zəfər Günü”ndən keçən bir il ərzində Zəngilana 4 dəfə səfər edən cənab Prezident 20 oktyabr 2021-ci ildə Zəngilanın işğaldan azad olunmasının bir ili münasibəti ilə Zəngilanda keçirilən zəngilan sakinləri ilə görüşündə bu az müddət ərzində görülmüş işlər,həyata keçirilmiş layihələr barədə danışaraq, tezliklə bütün azad olunmuş rayon və kəndlərimizdə ən müasir tələblərə cavab verən infrastrukturun qurulacağını, müasir yaşayış məntəqələrinin salınacağını vurğuladı. Bu prosesin artıq başladığını və ilk “Ağıllı kənd” layihəsinin məhz Zəngilanda həyata keçirildiyini vurğuladı. Zəngilanın Ağbənd kəndi ərazisində salınan bu yaşayış məntəqəsinin ən müasir tələblərə cavab verəcəyini söyləyən Prezident eyni zamanda rayon ərazisində təməli qoyulan hava limanının, yeni çəkilən nəqliyyat xəttinin, infrastruktur layihələrinin əhəmiyyətindən danışdı. Vətən müharibəsinin çoxşaxəli əhəmiyyətini qeyd edən Ali Baş Komandan düşmənə döyüş meydanında qalib gəldiyimizi, düşmənin ordusunun, hərbi texnikasının və çoxsaylı canlı qüvvəsinin məhv edildiyini, erməni faşizminə son qoyulduğunu vurğulayaraq bir daha işğalcı Ermənstanın bizim ərazilərimizdə hər hansı bir təxribat törədəcəyinə imkan verilməyəcəyini bildirdi.
Könül Əfəndiyeva – YAP üzvü