Düşmənin viran qoyduğu Qubadlı bərpa edilir

28-10-2021, 16:32           
Düşmənin viran qoyduğu Qubadlı bərpa edilir
Vətən müharibəsinin hər günü 30 ilə yaxın işğal altında qalan kənd və şəhərlərimizin azad edilməsi ilə əlamətdar oldu. Nəhayət ki, ötən il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Tviter” səhifəsində Qubadlı şəhərini işğalçılardan azad edilməsi xəbərini xalqımıza çatdırdı.
Bu il oktyabrın 25-də Qubadlının işğaldan azad olunmasının bir ilinin tamamı günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlıya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Görüşdə 44 günlük Vətən müharıbəsi günlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, Qubadlının alınması ilə bağlı keçirilən uğurlu hərbi əməliyyatdan danışılmış, Qubadlının gələcək inkişafı, respublikamızın bir çox rayonlarında məcburu köçkün həyatı yaşayan Qubadlıların doğma yurdlarına qayıdışı istiqamətində həyata keçirilən və nəzərdə yuyulan işlər barədə geniş məlumat verilmişdir.
Görüşdə qeyd edildi ki, Vətən müharibəsi xalqımızın qəhrəmanlıq səhifəsidir. Bu müharibədə bizə qələbəni yaşadan Ali Baş Komandan İlham Əliyevdir. Onun müdrik rəhbərliyi sayəsində ordumuz daha qüdrətləndi və torpaqlarımız işğaldan azad olundu. Qubadlının işğaldan azad olunması Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında keçirdiyi növbəti unikal əməliyyatlardan biri idi. Vətən Müharıbəsi günlərində Prezident, İlham Əliyev elə bir tarix yazdı ki, nəinki 30 illik müstəqillik, hətta 200 illik tariximizi şərəfləndirdi.
Qubadlı tarix boyu erməni məkri ilə üz-üzə qalıb, lakin Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz düşmənə elə bir zərbə vurdu ki, üstündən minilliklər də ötsə, şanlı tariximizdə yaşayacaq. Mənfur düşmən 27 ildə bu torpaqları dağıdıb, viran qoyub. Lakin dövlətimizin gücü, Prezidentimizin qətiyyəti sayəsində torpaqlarımızın bərpa ediləcəyi gün uzaqda deyil və əmink ki, tezliklə Qubadlıya qayıdacağıq.
İndi Qubadlı azaddır. Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.


Fəqan Nəsibzadə - Qubadlı sakini, ehtiyatda olan polkovnik












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.