Sabirabad polisi reyd keçirib

30-10-2021, 11:06           
Sabirabad polisi reyd keçirib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və tətbiq olunan qaydalara riayət olunması məqsədilə nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, növbəti belə bir tədbir rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda baş tutub.

Keçirilən tədbirlər zamanı sakinlərin əksəriyyətinin qaydalara riayət etmələri müşahidə olunsa da, lakin bəzi vətəndaşlar tətbiq olunan qaydalara laqeyd yanaşaraq, qapalı məkanlara daxil olarkən tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Analoji qayda pozuntularına ictimai nəqliyyatda da rast gəlinib.

Qaydaları pozan vətəndaşlarla şöbə əməkdaşları izahedici söhbətlər apararaq qaydalara riayət etmələrinin vacibliyi barədə məlumatlar veriblər. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru