Laçında kreslo savaşı qızışır - Müavin idarə müdürlərini yığıb....
17-03-2016, 12:56
Teref. Info- nun redksiyasına daxil olan anonim müraciətdə deyilir ki, Laçın icra başçısı postu uğrunda böyük bir mübarizə başlayıb.
Onların içində ən şanslısı və aktiv hərəkət edəni bu dəqiqə başçını əvəz edən Aqil Nəzərlidir. Aqil Nəzərlinin bu yolda ilk addımı «Aqil Nəzərli Laçının icra başçısı oldu» başlıqlı yazının yayımlanmasıdır. Bu barədə bəzi mətbu orqanlarda məlumat getmişdi və təkzib olunmamış qalır. Sosial şəbəkələrdə və bəzi saytlardada onun aktiv təbliğatı gedir.
Mənbənin dediyinə görə bu günlərdə Aqil Nəzərli bir sıra idarə müdürlərini yığaraq ona başçı olmaq yolunda maddi kömək etmələrini tələb etmişdir.O bunu yuxarılara hesab verəcəyi ilə əlaqələndirərək, idarə müdürlərini hədələməkdəndə çəkinməyib. Kim kömək etməsə və onda Aqil Nəzərli başçı olacağı təqdirdə kömək etməkdən imtina edən öz postu ilə vidalaşmalı olacaq.
Bu onun qəti sözüdür. Nəzərə alsaq ki, Aqil Nəzərli bu posta ən real namizədlərdən biridir onda müəyyən miqdarda maddi kömək etməyən idarə müdürlərini kresloları ilə vidalaşmaq təhlükəsi gözləyir.
teref.az olaraq biz Laçın icra hakimiyətinin yetkililəri ilə əlaqə quraraq bütün bu məlumatlara aydınlıq gətirmək istəsəkdə heç telefonların hamısı bağlı idi.
Lakin yenə teref.az olaraq qarşı tərəfin bütün fikirlərini dinləyərək yayımlamağa hazırıq!
TEREF.İNFO