Rəcəb Babaşov: Vergilər Nazirliyinin gözəgörünməz adamı

18-03-2016, 14:46           
Rəcəb Babaşov: Vergilər Nazirliyinin gözəgörünməz adamı
teref.az olaraq adı dəfələrlə Eldar Mahmudov və onun yaratdığı çetenin maxinasiyalarında hallanan Vergilər Nazirliyinin məsul vəzifələrindən birini tutan Rəcəb Babaşov haqqında çox yazılar gedib. Lakin nədənsə bu yazıların nə təsdiqi nə təkzibi mediada öz əksini tapmayıb. Nəzərə alsaqki, mediada gedən bir çox məlumatların əvvəl axır doğru çıxdı bir faktdır, Vergil\ər Nazirliyinin bu məsul şəxsi barədə nədən belə susqunluq göstərdiyini başa düşmək olmur.
Birdə teref.az olaraq bizə vergilər nazirliyinin işçilərinin maaşı maraqlandırır. Rəcəb Babaşovun xalqxeber.az saytında gedən məqalədə göstərilən var dövləti görəsən hansı yollarla əldə olunub.Hər halda biz öz araşdırmamıza davam edəcəyik.Vergiilər Nazirliyi isə öz üstünə düşən işi yəni aşağıda göstərilən faktlarla bağlı münasibət bildirsə idi bizim araşdırmamıza böyük kömək olardı Teref. info xalqxeber.az istinadən aşağıdakı məqaləni sizə təqdim edir:
Oktyabrın 17-də dövlət başçısının sərəncamı ilə işdən azad edilən mili təhlükəsizlik naziri Eldar mahmudovun sahibkarlara, sadə vətəndaşlara etdiyi zülmə görə ətrafında olan hər kəs dindirildi.

Xeyli insan həbs olundu. Prosses Milli Təhlükəsizlik Nazirliyindən, Vergilər nazirliyinə, rabitə sektoruna qədər böyük bir arealı əhatə elədi. Və bu gün də prosses davam etməkdədir. İstintaq tədbirləri həyata keçirilir. İllərlə Azərbaycan sahibkarlarına divan tutan, onları şantaj edərək pullarını alan xeyli sayda insan həbs olunub. Və məlumatlara əsasən prosses davam edəcək.

Yayılan informasiyaya əsasən prosses Vergilər Nazirliyində sahibkarlara divan tutan daha böyük şəbəkənin çözülməsi ilə davam etdiriləcək. Bir qədər əvvəl Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olan Vidadi Məmmədov həbs edilmişdi. Məhz «MTN işi» ilə bağlı olaraq işdən çıxarılandan dərhal sonra həbs edilən Vidadi Məmmədovun sahibkarlara qarşı amansız davranışları, təzyiq, şantaj yolu ilə pul tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı dindirildiyi bildirilir. Bu proseslə bağlı bilgi verən mənbə iddia edir ki, Vidadi Məmmədovdan sonra Vergilər Nazirliyində MTN-dəki məlum qruplaşma ilə əlaqəli olan digər vəzifəli şəxslərin də həbs ediləcəyi an məsələsidir. Nazirliyin Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini işləyən Babaşov Rəcəb Abas oğlu ilə bağlı da ilginc informasiyalar yayılmaqdadır. Məlumata əsasən Bakı Vergilər Departamentində rəis müavini işləyən Rəcəb Babaşov nəinki paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir. Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda pristijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühim rolu da MTN-çilərin oynadığı söylənilir.
Onun hazırda Dövlət Dəmir Yolları QSC-nin rəisi olan Cavid Qurbanovla yaxın olduğu və Qurbanovun biznesini yönəltdiyi barədə də mətbuatda yazılıb. Lakin saytımıza daxil olan informasiyaya əsasən Rəcəb babaşov yuxarılarda özünə böyük dayaqlar əldə edərək böyük biznes imperiyası qura bilib. Onun sahibkarlarla davranışlarında yol verdiyi təzyiq metodları deyəsən haqqında bəhs edilən rəis müavinin bitirilməsi ilə sonuclana bilər.
Departamentin işinin idarə edilməsində rəis müavini postunu tutan Rəcəb Babaşovun xidmətlərini xüsusilə vurğulamaq Lazımdır. Bu şəxs Azərbaycanın ən güclü oliqarxlarından sayılan Cavid Qurbanovun ən yaxın adamlarından biridir.
Etibarlı mənbələrdən əldə olunan məlumata görə Fazil Məmmədovun qara kassadakı payıda bu şəxs tərəfindən çatdırılır. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Onun

– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat,

– Bayıldakı Aran restoranı, Aran kafesi

– və "077-lər” adlı avtoyuması,

– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı,

– əlavə olaraq Bakıda 4 evi,

– o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi,

– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salsaq görərik ki, milləti xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Belə deyilsə, bu milyardlar onda hardandır? Rəcəb Babaşov bunlarla kifayətlənməyib Sabirabad rayonunda xırda sahibkarlardan da "haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur. Daxil olan informasiyalarda həmçinin deyilir ki, Rəcəb Babaşov öz doğma rayonu olan Sabirabadda da böyük biznes imperiyası qurub. Hətta öz rayonunda belə sahibkarlarla davranışında Babaşovun çox amansız biri olduğu deyilir.

İnformasiyalara əsasən hazırda Vergilər Nazirliyinin həbs edilmiş generalı olan Vidadi Məmmədovun dindirilməsindən sonra Bakı Vergilər Departamentində də həbslərin ola biləcəyi gözlənilir. Və V.Məmmədovun istintaqa verdiyi ifadə, həmçinin də sahibkarlardan alınan izahatlar da vergi sistemində həbslərin davam edəcəyindən xəbər verir. Mövzu ilə bağlı əlavə informasiyaları təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.xalqxeber.az/
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.