Noyabrın 20-də hava necə olacaq?

19-11-2021, 15:09           
Noyabrın 20-də hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək
Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-14° isti olacaq.
Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.


Tibbi-meteoroloji proqnoz
Noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz
10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru