“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi

2-12-2021, 17:52           
“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi
“Nar” paytaxtla yanaşı regionlarda da mərkəzlərini yeniləməklə müştərilərinə tam yeni satış və xidmət təcrübəsi təqim etməyə davam edir. Teref.az xəbər verir ki, mobil operator Qax şəhəri H. Əliyev prospekti 346 ünvanında yerləşən mağazasını yeni konseptə uyğunlaşdıraraq, müştərilərin ixtiyarına verib.

Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Yenilənmiş “Nar” mağazasında, həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Bir sözlə, yenilənmiş “Nar” mağazasında müştərilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib.

Qeyd edək ki, “Nar” abunəçilərinə üstün və fərqli müştəri xidməti təcrübəsi təqdim etmək məqsədilə, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Mobil operatorun paytaxt və regionlar üzrə yeni konsepsiyada təqdim etdiyi mağazalarının sayı 24 olub. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.